Hesablama Palatasının mətbuat konfransı keçirilib -FOTOLAR
13:36 08.04.2024
Gündəm
611
Cari ildə Bakı Metropoliteninin, büdcədən kənar fondların, dövlət borcunun auditini həyata keçirməyi planlaşdırırıq.
"Sherg.az" xəbər verir ki bunu Hesablama Palatasının bu gün keçirdiyi mətbuat konfransında Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri deyib ki, cari ildə 45 audit həyata keçirməyi planlaşdırırlar.
Həmçinin o vurğulayıb ki, 2023-cü ildə biz keçmiş Qarabağ iqtisadi rayonunda nəzarət tədbiri həyata keçirmişik.
Palata sədri deyib ki, keçmiş Qarabağ iqtisadi rayonunda keçirilmiş yoxlamada verdikləri təkliflərə bu il də nəzarət olunacaq:
"Ötən il keçmiş Qarabağ iqtisadi rayonunda yoxlamalar aparmışıq. Qarabağ iqtisadi rayonunda büdcədən 2023-cü ildə və 2024-cü ildə azad edilmiş ərazilərimizə sərf edilən vəsaitlərin istifadə vəziyyəti audit olunması nəzərdə tutulur. Azad edilmiş ərazilərdə yoxlamalar aparmaq üçün həmin işlərin icrası tamamlanmalıdır. İcrası bitməmiş layihələrdə nəzarət tədbirləri çox da effekt vermir. Cari ildə də Qarabağ iqtisadi rayonunda nəzarət tədbirləri davam etdiriləcək.
Vüqar Gülməmmədov qeyd edib ki, ötən il 4 anatilik fəaliyyət həyata keçirilib ki, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib.
Sədrin sözlərinə görə, büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub:
“2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib”, - deyə Vüqar Gülməmmədov qeyd edib.
Sədr həmçinin deyib ki, ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də var. Bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.
O bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib:
“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”.
V. Gülməmmədov onu da bildirib ki, həm Milli Məclisin, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin auditi aparılır.
Onun sözlərinə görə, auditlərin nəticəsi yekunlaşmadığı üçün geniş məlumat vermək olmur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial