İsrail artan İran təhdidinə qarşı tədbirlər görməyə davam edır.
Sherg.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahu açıqlamalar verdi. Ölkəsinin müdafiə və hücum sahəsindəki bütün ehtiyaclarını diqqət mərkəzində saxladıqlarını ifadə edən Netanyahu, Qəzzadan başqa bölgələrdə də müharibəyə hazırlaşdıqlarını bildirib.
Netanyahu bu bəyanatı İsrail qüvvələrinə məxsus hava bazasına səfərindən sonra verib.
O, yüksək rütbəli iranlı komandirlərinin öldürülməsinə cavab olaraq İranın İsraili vurmağa hazırlaşması ilə bağlı narahatlıqla belə cavab verib: “İsrail Qəzzada müharibəsini davam etdirir, eyni zamanda başqa ərazilərdə də ssenarilər hazırlayır”.
Netanyahu bildirib ki, Qəzzada müharibə davam edərkən digər bölgələrdən gələn təhdidlərə və başqa arenalarda müharibə ehtimalına da hazırlaşırlar.
Netanyahu açıqlamasında "İsrailin həm müdafiə, həm də hücumda təhlükəsizlik ehtiyaclarını qarşılamağa hazırlaşırıq. Kim bizə zərər verirsə, biz də onlara zərər verəcəyik" - deyib.