Ərdoğan Fələstin prezidenti Abbasla danışıb

Türkiyə Prezident Ərdoğan Fələstin prezidenti Abbasla telefonla danışıb. Ərdoğan bildirib ki, atəşkəs üçün bütün vasitələr səfərbər olunmalıdır.

Sherg.az xəbər verir ki, Kommunikasiya direktoru Fahrettin Altun bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasla telefonla danışıb.

Prezident Ərdoğan Abbasa "İsrail zülmün bədəlini ödəyəcək və atəşkəs üçün bütün vasitələr səfərbər olunmalıdır, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərarı gündəmə gəlməlidir" deyib.