Əli Kərimli, Sevinc Osmanqızı Prezidentə “Bravo, “Müzəffər” deməlidir -EKSPERT

Lakin bunu etməyəcəklər, çünki Azərbaycana qarşı antimilli mövqe sərgiləyən və bunu gizlətməyən  qüvvələrin davası siyasi deyil
 
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları vaxtından əvvəl bölgəni tərk edir. 2020-ci ilin 10 noyabr razılaşmasına əsasən, sülhməramlı kontingent 2025-ci ilə qədər bölgədə qalmalı idi. Bu müddətin başa çatmasına  il yarım qalmış artıq onlar gedirlər. Bu, Qarabağda suverenliyimizin bərpa edilməsi prosesində son mərhələdir. İndi öz ərazilərimizə tamamilə özümüz nəzarət edirik.

 Qeyd edək ki, Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Deməli, 1960 sülhməramlını Azərbaycanla döyüşdürmək istəyənlərin arzuları ürəklərində qaldı. Azərbaycan isə növbəti ilkə imza ataraq öz ərazilərindəki sülhməramlıları sülh yolu ilə göndərməyə  müvəffəq olmuş bir dövlət olaraq tarixə adını yazdırdı. 

Onu da deyək ki, 44 günlük Vətən müharibəsi dövründə, ondan sonrakı 4 ildə və son aylarda daim Azərbaycan əlehyinə çıxışlar edən, açıqlamalar yayan  qüvvələr Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağı haqqında dəfələrlə iddialar səsləndiriblər. Onlar öz ölkəsini aşağılayaraq belə prosesin baş verməsinin mümkünsüzlüyünü vurğulayırdılar. Lakin hər zaman olduğu kimi uzun illərdir xaricdə yaşayan və oradan Azərbaycanın milli maraqlarına zidd  çıxışlar edən radikalların,  jurnalist Sevinc Osmanqızının “proqnozları” yenə də  özünü doğrultmadı.

Bu barədə “Sherg.az”a danışan  siyasi şərhçi Azər Həsrət isə deyib ki,  Rusiya sülhməramlılarının Qarabağdan çıxması gözlənilən idi. 2023-cü  ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra sülhməramlıların Qarabağda görəcəyi bir iş yox idi:

 “Bölgədə sülhməramlılara heç bir ehtiyac qalmadığı üçün biz də zaman- zaman onların ərazini tərk etməsinin vacibliyini qeyd etmişdik.  Bildirirdik ki, Rusiya boşuna xərc çəkərək 2000-ə yaxın əsgəri və hərbi texnikanı Azərbaycan torpaqlarında saxlamamalıdır. Bu sadəcə bizərin vətəndaş mövqeyi idi.  Şübhəsizdir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev də bu zərurəti hamımızdan əvvəl görüb, dərk edib. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan getməsi də məhz ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi düzgün və uğurlu siyasətin göstəricisidir”. 

A.Həsrətin sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərarın hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilməsi də kifayət qədər mühüm  hadisədir: 

“Belə də  olmalı idi. Görünür, bizim gördüyümüz zərurəti Rusiya rəhbərliyi də dərk edib və öz sülhməramlılarını Qarabağdan çıxarmağa qərar verib”.
 
Siyasi şərhçi onu da deyib ki, sülhməramlıların vaxtından əvvəl getməsi, Qarabağı tamamilə tərk etməsi Azərbaycan xalqını sevindirsə də içimizdə  bundan kədərlənənlər də var: 

“ Xüsusən də radikal müxalifət və onların çevrəsindən ibarət olan qrup 10 noyabr razılaşmasından etibarən 44 günük müharibədə qazandığımız zəfəri kölgələmək üçün “rus ordusu Azərbaycana yerləşdirildi”, “rus ordusu Qarabağdan çıxmayacaq”, hətta “Qarabağ ruslara satıldı” kimi absurd iddialar irəli sürürdü.  Jurnalist Sevinc Osmanqızı, AXCP sədri Əli Kərimli bütün çıxışlarında gözlərini yumub ağızlarını açır, Azərbaycan hakimiyyətini “Rusiya ordusunu ölkəyə gətirməkdə” ittiham edir, onların heç vaxt getməyəcəyini bildirirdi. Guya ki,  “Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarına status verməyə hazırlaşır”. Daha sonra “Rusiyaya hərbi baza veriləcəyi” kimi iddialar da tirajlandı.  Lakin bu barədə səsləndirilən bütün iddialar və “proqnozları” alt-üst oldu. Rusiya sülhməramlılarına status verilmədi, sülhməramlı kontingent Qarabağı tərk etdi. 
Sevinc Osmanqızı isə bir qədər də irəli gedərək, “Rusiya qoşunları girdikləri yerdən çıxmır” kimi arrumentlərə söykənərək, Qarabağdan da çıxmayacaqlarını bildirirdi. Onun ifşa olunduğu məşhur videosu var. Osmanqızı deyir: “Rusiya heç vaxt ölkəmizdən çıxamayacaq. Bunu demək yalandır. Yaşayarıq görərik, 2025-ci ilə az qalıb. 2025-ci ildə İlham Əliyev rus qoşunlarını ölkəmizdən çıxaracaqsa, mən ona “Bravo”, “Müzəffər” deyəcəm. Amma bu olmayacaq. Rusiyanı Moldovadan, Gürcüstandan, hətta Ermənistandan çıxaracaqlar. Amma Azərbaycandan çıxarmayacaqalar”.
Amma cənab İlham Əliyev Rusiya sülhməramlılarını vaxtından əvvəl Azərbaycandan çıxardı, heç 2025-ci ili gözləmədi. Özünün də dəfələrlə qeyd etdiyi kimi Azərbaycan lideri nəyi, necə, nə vaxt etmək lazımdır hamıdan yaxşı bilir. Artıq onlar da etiraf etməlidir ki, İlham Əliyev Azərbaycan xalqının və dövlətin maraqları üçün çalışır. Azərbaycan Prezidenti atdığı addımları, həyata keçirdiyi tədbirləri publika üçün yox milli və dövlət maraqları üçün edir. Mənlikləri olsa, yanıldıqlarını etiraf edib bütün iddialarına və ittihamlarına görə üzr istəməli, Prezident İlham Əliyevə “Bravo, “Müzəffər” deməlidirlər. 
Lakin bunu etməyəcəklər, çünki Azərbaycana qarşı antimilli mövqe sərgiləyən və bunu gizlətməyən  qüvvələrin davası siyasi deyil. Onlar heç hakimiyyətə qarşı alternativ iddiasında da deyillər. Bu adamlar sadəcə olaraq Azərbaycan dövlətinə qənim kəsiliblər. Onların davası Azərbaycanda hakimiyyət dəyişikliyi yox, Azərbaycan dövlətinin çökməsidir. Məhz bu səbəbdən nəinki hökumətin, Azərbaycan dövlətinin, xalqın, hətta ordumuzun belə uğurlarını dilə gətirmirlər. Qazanılan bütün müvəffəqiyyətlərə kölgə salmağa çalışırlar. Əgər bizi yanıltmaq, bir şəxsiyyətləri olduğunu göstərmək istəyirlərsə, “Ağa durub, Ağacan durub". Atdıqları şər-böhtandan imtina  edib, İlham Əliyevin Əlini öpsünlər. Bəlkə onda adam olacaqlarına ümid edərik”.