“Ağlı yerində deyil” - İbrahim Tatlısəs oğlunu evsiz qoydu

  Türkiyəli məşhur müğənni İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasındakı gərginlik bitmir. Ata ilə oğul üzun müddətdir ki, küsülüdürlər. “Sherg.az”a “NTV.com.tr”yə istinadən xəbər verir ki, Əhməd Tatlısəs atasının əqli sağlamlığına dair tibbi ekspertiza rəyi üçün yenidən müraciət edəcəklərini bildirib. İbrahim Tatlısəsin cavabı da gecikməyib. Bir müddət əvvəl İbrahim Tatlısəs Sarıyerdəki mülkünün nəvəsi Mərd tərəfindən qanunsuz və izinsiz ələ keçirdiyi üçün məhkəməyə müraciət edib. 2 il davam edən məhkəmə nəticədə İbrahim Tatlısəsi haqlı sayaraq mülkün sahibinə qaytarılıması qərarı verib. İbrahim Tatlısəs oğlu Əhmədə səslənərək “mənim övladım kirayədə qalırsa, onun oğluna niyə ev verməliyəm? Qoy atalığın ağırlığını öyrənsin”, deyib. Bundan sonra Əhməd Tatlısəs də atasına mesaj göndərib: “Mən illərdir Mərdə atalıq etdiyim kimi, sənə övladlıq edirəm. Mən atalıq necə edilir, səndən daha yaxşı bilirəm. Sən mənim atalığımı sorğulayacaq sonuncu adamsan. Səni örnək alsaydım, övladlarım yazıq olardı. Sən illərdir, ailənə, övladlarına ancaq əzab vermisən, verməkdə də davam edirsən”. Oğlunun bu sərt sözlərindən sonra “Aramızda qalmasın” proqramına qonaq olan İbrahim Tatlısəs “mənə iftira atıb, ağlımın yerində olmadığını iddia edir. 5 xəstəxana mənə “sağlamdır” rəyi verdi. İndi də bir neçə bina tikdirirəm. Övladlarıma bağışlayacam. Amma Əhməddən adam olmaz. Bundan sonra görsün əsl atalıq necə olur”.