Prezident Ərdoğan: Gələn həftə Özgür Özəllə görüşəcəyik

Prezident Rəcəb Tayyib Ərdoğan 23 aprel qəbulunda iştirak etmək üçün TBMM-ə gəlib.

Sherg.az xəbər verir ki, jurnalistlər "CHP sədri Özgür Özəl ilə görüş olacaqmı?" sualını cavablandıran Ərdoğan, "Mənimlə görüşmək üçün müraciətlər oldu. İnşallah, gələn həftə görüşərik. Belə ayaqüstü olmaz"- deyib.

Qəbula qatılan CHP sədri Özgür Özəl bunları deyib: “Bir-birimizi dinləyəcəyik, bir-birimizi anlayacağıq”. 

“Yerli seçkilərin nəticələri ilə bağlı hörmətli bir dil gözləyirik”-deyən Özəl əlavə edib: "Hörmətli bir dil olursa, millət qazanar. Yox gərginliyə çevrilsə və biz mübahisə etsək, millət itirər. Millət bir daha itirənləri itirər". 

Özəl konstitusiya dəyişikliyi ilə bağlı suala "Ərdoğanı dinləmədən danışıqlara qapıları bağlamayacam. Konstitusiya Məhkəməsinin qərarına uyğun olmaz. Əgər bu günün şərtləri ilə konstitusiyaya uyğun hərəkət edərsə, ona yaxınlaşarıq"  -deyə cavab verib.

Qeyd edək ki, Prezident Ərdoğan, TBMM sədri Numan Kurtulmuş, CHP sədri Özgür Özəl TBMM Mərmər salonunda görüşüb.

Görüşdə nazirlər və qrup sədr müavinləri də iştirak ediblər.