İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB

Müsavat Partiyasının yeni başqanı məlum olub.

APA-nın xəbərinə görə, İsa Qəmbər bu gün Müsavat Partiyasının XI qurultayında yenidən partiyanın başqanı seçilib. Səsvermədə 282 qurultay nümayəndəsindən 279-u İsa Qəmbərin lehinə səs verib.

Qeyd edək ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.

***

10:56

Müsavat Partiyasının XI qurultayı keçirilir.

APA-nın xəbərinə görə, Müsavat Partiyasının başqanlığına yeganə namizəd İsa Qəmbərdir.

Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavatın Səbail təşkilatının üzvü Natiq Ulubəy başqanlığa namizədliklərini açıqlasalar da, İsa Qəmbər namizədliyini irəli sürdükdən sonra qurultaydan öncə onlar geri çəkiliblər.

Qurultayda partiyanın Məclis üzvləri də seçiləcək.