Girovlar azad edilincə Qəzza zolağında atəşkəs olacaq - Bayden

Fələstinin "HƏMAS" hərəkatının saxladığı girovları azad etməsindən sonra Qəzza zolağında atəşkəs rejimi başlayacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Vaşinqton ştatında seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxışı zamanı deyib.

"HƏMAS girovları azad etsə, sabah [Qəzzada] atəşkəs olacaq", - deyə o bildirib. C.Bayden çıxışının lap əvvəlində İsrail ətrafındakı vəziyyətə toxunmaq istədiyini bildirib.

Daha sonra ABŞ prezidenti İsrail haqqında danışmağa davam etmək istəmədəyini qeyd edib və Amerikanın daxili mövzularına keçdi.