Ermənistan gündəliyi: 41 nəfər həbs edilib, silah-sursatlar axtarılır

İrəvanda polis 41 etirazçını saxlayıb. 

"Sherg.az" Ermənistanın kütləvi informasiya vasitələrinin mayın 12 - nə aid əsas mövzularını təqdim edir: 

 -   Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının fəalları artıq ikinci gündür ki,vətəndaş  itaətsizliyi  nümayiş etdirir. Aksiyalar davam edir. Etirazçıların başında dayanan keşiş  Baqrat Qalstanyan diaspor ermənilərini Ermənistandakı etirazları daha fəal olmağa çağırıb.
- Təhsil işçilərinin etirazlara qatılmasının qarşısını inzibati yolla almağa çalışırlar .
  -  Eçmiədzində 6 nəfəri silah və sursat saxlamaqda günahlandıraraq  saxlayıb.
 -  Azərbaycanda baş verən  zəlzələ Sünikdə də hiss olunub.
 - Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Almatıda danışıqların  ikinci prosesini keçirəcək.  Ermənistan və Azərbaycan xarici işlər nazirlər arasında Almatıda razılaşdırılan məsələlər bu gün yekunlaşdırılacaq.
  - Anna Ayvazyan Serbiyada gənclər arasında sambo üzrə Avropa çempionatında qızıl medal qazanıb.
 - Ermənistan "  Eurovision 2024 " Mahnı Müsabiqəsində 8-ci yeri tutub.

Aydın Baxış