Mirzoyan: XİN başçılarının Almatıda aparılan danışıqları konstruktiv keçib

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqlar konstruktiv keçib.
Bunu ATƏT sədri Yan Borqla birlikdə İrəvanda birgə mətbuat konfransında Ermənistan XİN başçısı Ararat Mirzoyan deyib.

Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, danışıqlar dəfələrlə səsləndirilən prinsiplərə uyğun davam edir.