Türkiyə Milli Təhlükəsizlik Şurası: Azərbaycan-Ermənistan danışıqlarının sülhü təmin edəcək razılaşma ilə nəticələnməsini arzulayırıq

Türkiyə Azərbaycanla Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin iki ölkə arasında sülhü təmin edəcək bir razılaşma ilə nəticələnməsini arzulayır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

Qeyd olunub ki, Türkiyə daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır.