Nüsrət Süleymanov: Minalar ətraf mühit üçün ciddi təhlükədir
14:50 31.05.2024
Gündəm
361
COP29-un sədri kimi Azərbaycan hesab edir ki, ölkələr qlobal miqyasda ən aktual olan iki məsələni - minalardan təmizləmə və iqlim dəyişikliyini birləşdirməlidir.
"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Bakıda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının bağlanışında deyib.
“Humanitar minatəmizləmə sahəsində təcrübə toplayan və qazanmaqda davam edən ölkəm də oxşar problemlərin həllinə çalışır. Bu bilik və bacarıqların əldə olunması üçün maliyyə resursları lazımdır. Milliyyətindən asılı olmayaraq, demək olar ki, hər gün insanlar minalardan və partlayıcı qurğulardan ölür”, - o bildirib.
N.Süleymanovun fikrincə, minalar “ölüm toxumları”dır:
"Bu, ətraf mühit üçün ciddi təhlükədir. Dünyada çoxlu münaqişələr var. İndi birləşmək və müharibənin bütün aspektlərinə qarşı çıxmaq vaxtıdır. Minalar və partlayıcı qurğular onlardan ən məkrliləridir”.
O, minatəmizləmənin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün vacib aspekt olduğunu vurğulayıb: “Dünyada minalardan təmizləmə ilə bağlı müzakirələrin mövzusunu da dəyişdirmək lazımdır. Azərbaycan bu işi davam etdirmək əzmindədir”.
N.Süleymanov bildirib ki, konfransın bu iki gününün bütün iştirakçılar üçün faydalı olacağına ümid edir: “Bir-birimizdən müəyyən şeylər öyrəndik və bu problemin ciddiliyini müzakirə etmək imkanımız oldu. Əminəm ki, biz gələn il əldə etdiyimiz nailiyyətlərimizi müzakirə etmək, eləcə də planetimizi daha təhlükəsiz etmək üçün görüşəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya