Myanma lideri Prezident İlham Əliyevi təbrik edib

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Sherg.az” xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Myanma İttifaqı Respublikası xalqı adından və şəxsən öz adımdan ölkənizin Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".