Putin Ukraynaya silah verən ölkələri hədələdi: VURACAĞIQ...

 Rusiya prezidenti Vladimir Putin -Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum (SPIEF) çərçivəsində  mətbuat konfransı keçirib.

Sherg.az rus mediasına istinadən xəbər verir ki, Ukraynada davam edən müharibəyə toxunan Putin deyib ki, Rusiya Ukraynaya silah verən ölkələrin həssas hədəflərini vuracaq bölgələrə uzaqmənzilli silah göndərmək hüququna sahibdir.

Rusiyanın Fələstinə münasibətinin eyni olduğunu bildirən Putin, "Biz Fələstin dövlətini sovet dövründən bəri uzun müddət bu şəkildə tanımışıq. Bu mənada bizim münasibət dəyişməyib” deyə bildirib.

Bölgədəki münaqişənin ABŞ-dan qaynaqlandığını təkrarlayan Putin əlavə edib ki, İsrail və Fələstindəki vəziyyətə bu regionda siyasəti monopoliya edən ABŞ-ın hərəkətləri səbəb olur.

Putin İsrailin Qəzzaya davam edən hücumlarını sərt şəkildə tənqid edib: "Hazırda Qəzza və Rəfahda baş verənlər müharibəyə bənzəmir. Bu, mülki əhalinin tamamilə məhv edilməsi kimidir" .

Sülhə nail olmağın yeganə yolunun Fələstin dövlətinin qurulması olduğunu təkrarlayan Putin, "Fələstin dövləti qurulmadan bölgədə sülh olmayacaq" - deyə bildirib.