Slovakiyanın baş naziri ona güllə atanı bağışladı  

Mayın 15-də Slovakiyada silahlı hücum nəticəsində ağır yaralanan və iki fərqli əməliyyat keçirən baş nazir Robert Fitso  ilk dəfə kamera qarşısına keçərək açıqlama verib. 

Sherg.az xəbər verir ki, Baş nazir  Facebook-da paylaşdığı video mesajında ​​sağlamlıq durumu, məruz qaldığı silahlı hücum və təcavüzkardan danışıb.

O,  hər şeyin yaxşı getdiyi təqdirdə iyunun sonu, iyulun əvvəlində işə qayıda biləcəyini və ona sui-qəsd təşkil edən şəxsi bağışladığını bildirib.

Onu vuran şəxsə qarşı heç bir nifrət hissi olmadığını ifadə edən Fitso, "Aktiv bir qanuni əməliyyat başlatmayacağam və təzminat tələb etməyəcəyəm, onu  bağışlayıram. Niyə belə etdiyini anlamasına icazə verirəm” deyə bildirib.

Baş nazir hücumun sağlamlığına dərindən təsir etdiyini və təkrar əməliyyatlar səbəbiylə çox ağrı və əziyyət çəkdiyini, bir neçə həftə sonra işə qayıtmasının "kiçik bir möcüzə ola biləcəyini" ifadə edib.

Hadisədə müxalifəti günahlandıran Fitso, hadisəni bir dəlinin hücumu kimi qələmə vermək üçün heç bir səbəbinin olmadığını" diqqətə çatdırıb.

Qey edək ki, Fitso paytaxt Bratislavadan təxminən 200 kilometr uzaqlıqdakı Handlova qəsəbəsində keçirilən Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyənləri salamlayarkən hücuma məruz qalıb.

Ölkə mətbuatında hökumətin siyasətini bəyənmədiyi üçün hücumu 71 yaşlı solçu Slovakiya vətəndaşı Juraj C-nin təşkil etdiyi bildirilib.

Bədəninə birdən çox güllə dəyən Fitso təcili müdaxilə etmək və vaxt itirməmək üçün təcili yardım helikopteri ilə Banska Bystrica əyalətindəki Ruzvelt xəstəxanasına göndərilib.