
Mənzil satışında fırıldaqçılıq: Yeni qanun layihəsinə ehtiyac var -AÇIQLAMA
12:23 07.06.2024
Sosial
497
Mənzillərin etibarlı satışının təşkili və mənzil əldə etmiş şəxslərin hüquqlarının qorunması məqsədilə Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub.
“APA-Economics” xəbər verir ki, qanun layihəsi ilə bağlı icraçı qurumlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyidir.
Eyni zamanda daşınmaz əmlakla bağlı dövlət xidmətləri üzrə mobil tətbiqin istifadəyə verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, texniki pasport) tam elektronlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrinin elektron aparılması qaydalarının yeni sistemə uyğun təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, bələdiyyələr tərəfindən 01.12.2007-ci il tarixinədək fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələri ilə bağlı müvafiq torpaqayırma sənədlərinin yeni sistemdə yerləşdirilməsi məqsədilə onların məlumat bazasının “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiyanın təmin edilməsinə dair normativ hüquqi akt layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub.
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əmlakın qeydiyyatı və icarəsi işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov həyata keçirir.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, belə bir qanun layihəsinin hazırlanmasına həddən çox ehtiyac var:

“Zamanında bəzi fırıldaqçı tikinti şirkətləri tərəfindən yüzlərlə zərər çəkmiş şəxs olub. Bir mənzil şirkət tərəfindən 2-3 nəfərə satılıb. Bu zaman isə MTK rəhbəri həbs olunub. Əksər hallarda da vətəndaşa dəymiş zərər ödənilə bilməyib Yaxın vaxtlarda medialarda yayılmışdı ki, saxta yol ilə xarici ölkələrdə etibarnamə əldə edərək kirayə götürdükləri mənzilləri başqa şəxslərə satıblar. Bəzən isə vətəndaşlar mənzil alır və daha sonra müəyyən olur ki, bu torpaqda sürüşmə var. Bunlara nəzərən daşınmaz əmlak sahəsində fırıldaqçılığın qarşısını almaq üçün mütləq şəkildə belə qaydanın əlavə olunması çox vacibdir. Hazırda bu problemlərin sayı yüzlərlədirsə, gələcəkdə daha da çox olacaq. Yeni qanun forması hazırlanmalı və yeni sənədlər tələb olunmalıdır. Çıxarışlı və çıxarışsız mənzillərlə bağlı hüququ baza olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
02:49 23.09.2026
Cəmiyyət
"Yuventus" cərimələndi - Səbəb
02:12 23.09.2026
Futbol
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm