Misir lideri: Azərbaycan Prezidentinə Cənubi Qafqazda sülh səylərini dəstəklədiyimi bildirdim

“Görüşlərimizdə ikitərəfli və beynəlxalq məsələləri müzakirə etdik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bildirib.

Misir Prezidenti deyib ki, Azərbaycan Prezidenti ilə görüşdə Qəzzaya Misirin yardımının artırılmasını, 1967-ci il sərhədində Fələstin dövlətinin qurulmasının vacibliyini müzakirə ediblər:

“Azərbaycan Prezidentinə Cənubi Qafqazda sülh səylərini dəstəklədiyimi bildirdim. Bu, region xalqları üçün böyük töhfə olacaq”.