Hüquq və İnsan Haqları İnstitutu auditor seçib

Hüquq və İnsan Haqları İnstitutu 2023-cü il üzrə maliyyə audit xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Azəruçot" MMC-dir.
Qalib şirkətə 3 min manat ödəniləcək.