Paşinyan ABŞ-lı qonaqla  sülh müqaviləsini müzakirə edib


Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.

APA Armenpress-ə istinadən xəbər verir ki, görüş zamanı Ermənistan-Azərbaycan sülh müqaviləsi ətrafında müzakirələr, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası prosesi ətrafında fikir mübadiləsi aparılıb.