Rektordan Xankəndi sakinlərinə şad xəbər

Xankəndi şəhərində fəaliyyət göstərən universitet olaraq qarşımızda həm də doğma torpaqlarımızda vətəndaşlarımızın məskunlaşması prosesinə dəstək olmaq kimi bir missiya var. O baxımdan deyə bilərəm ki, texniki personalın seçilməsi zamanı daha çox Xankəndi şəhərinə və yaxud da ətrafdakı rayonlara köç etmiş və artıq orada yaşamağa başlayan həmvətənlərimizə üstünlük veriləcək.

Sherg.az xəbər verir ki, bu sözləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov Oxu.az-a geniş müsahibəsində deyib.