ÜST rəhbəri: İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır

İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına ünvanladığı video mesajda deyib.

O bildirib ki, bu böhran hipotetik deyil, uzaqda deyil: "Bu böhran hazırda qapımızdadır, onunla üzləşirik. Milyonlarla insan quraqlıqdan kəskin temperatur artımından əziyyət çəkir".

T.Qebreyesu iqlim dəyişikliyinə adaptasiyanın və onun nəticələrinin yumşaldılmasının əhəmiyyətini vurğulayıb.