Səfir: Pakistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa hazırdır

“Pakistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa hazırdır”.
“Report” xəbər verir ki, bunu Xantı-Mansiyskdə keçirilən beynəlxalq İT forumunda çıxış edən Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali deyib.
“Pakistan prinsipcə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa razıdır və müvafiq prosedura başlayıb. Biz bu istiqamətdə irəliləyirik, - səfir əlavə edib.
Diplomat Pakistanın Böyük İpək Yolu marşrutunu canlandırmaq niyyətindən də danışıb: “Biz tarixi İpək Yolunu canlandırmağa çalışırıq. Pakistanın sitrus meyvələrinin ilk partiyası İran və Azərbaycandan Dağıstana çatdırılıb. Bu yeni marşrut artıq 1 milyard dollara çatan ticarət həcmini artırmaq üçün imkanlar açır”.
Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.