Türkiyənin ilk astronavtı Alper Gezeravci Azərbaycana gəlib

Bakıda keçirilən “Baku Investment Day” (Baku ID) tədbiri çərçivəsində Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcinin media nümayəndələri ilə görüşü keçirilib.
"APA-Economics" xəbər verir ki, görüş çərçivəsində Alper Gezeravci "Baku ID" tədbirinin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Alper Gezeravci “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında iştirak edib.

Panel müzakirəsinin sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası da keçirilib.