Gənclərin qarşısında maneələr var, pullu dayısı olmadan işlə təmin olunmurlar - PROBLEM
10:43 08.07.2024
Gündəm
544
Yenicə universiteti bitirən şəxsin stajı ola bilməz
Sosioloq Lalə Mehralı feysbuk hesabında marqlı bir paylaşın edib. O, belə bir fikir bildirib:
“Böyüklərdə gecikdim, amma kiçik oğlumda o səhvi etməyəcəm. Hələ bağçaya gedir, fabrik-zavoda təcrübəyə göndərəcəm ki, universiteti bitirəndə stajı olsun. Çünki belə bir ölkədə böyüyəcək. Universiteti yenicə bitirəndən staj istəyən kütbeyinlərlə birlikdə yaşayacaq”.
Hadisəyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, hazırda ölkəmizdə gənclərin işlə təmin olunması problemli məsələlərdən biridir:
“Xüsusilə də universiteti yenicə bitirmiş tələbələr belə problemlə üzləşirlər. Müəssisələr, idarələr iş stajı olan mütəxəssislərlə işləmək istədikləri üçün, tələbələrlə işləmək istəmirlər. Bunun qarşısını almaq üçün tələbənin gələcəkdə ixtisasına uyğun olaraq işləmək istədiyi iş yeri bəlli olmalıdır. Universitet, təhsil nazirliyi və iş yerləri üçbucağı yaradılmalıdır. Həmin üçbucaq tələbələrin gələcəkdə işlə təminatının əsasını qoyur. Əgər belə bir şərait yaradılmasa gələcək zamanlarda da tələbələr işsiz qalacaq. Ölkədə işləmək üçün imtahan testi verərək müsabiqədən keçmələrinə baxmayaraq həmin şəxsləri iş yerlərinə dəvət etmirlər. Nə üçün gənclərin qarşısında maneələr var və pullu dayısı olmadan işlə təmin olunmurlar. Bütün bu problemlər aradan qaldırılmalıdır. Yenicə universiteti bitirən şəxsin stajı ola bilməz. Bu anormal yanaşmadır. Maneələr aradan götürülməsə gənclər işlə təmin oluna bilməyəcək və evlilik yaşları da ötüb keçəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual