
Türk dünyasının dirçəlişi Qərbi xoflandırır -ŞƏRH
Yusif Nəzərli
03:50 10.07.2024
Dünya
506
Borrel və Aİ Macarıstanı cəzalandırmaqla türk dövlətlərinin toparlanmasını əngəlləməyi düşünür
Avropa İttifaqının (Aİ) yürütdüyü real siyasətlə onun ümum-Avropa məkanı üçün elan etdiyi demokratik prinsiplər bir-birinə tamamilə ziddir. Konkret desək, Avropa İttifaqı heç də elan edildiyi kimi demokratik birlik deyil. Bu alyansın xarici siyasət idarəsinin rəhbəri, qatı türk düşməni Cozef Borrelin Macarıstanın baş naziri Viktor Orbanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirakına dözümsüz və isterik yanaşması Aİ-nin demokratik dəyərləri ilə daban-dabana ziddir. Ermənipərəst Borrelin yanaşması bütövlükdə hazırkı Avropa diplomatiyasının səviyyəsini göstərir. Beynəlxalq hüquqdan anlayışı olmayan Avropa İttifaqının baş diplomatı başa düşə bilmir ki, Macarıstan liderinin TDT-nin Zirvə toplantısında iştirak etməsi üçün Aİ-dən hansısa xüsusi mandat almasına ehtiyac yoxdur. Çünki Macarıstan suveren dövlətdir və Aİ-nin üzvü olmaqla bərabər, 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatının da müşahidəçi üzvüdür.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, Brüsseldə oturan Aİ-nin əksər rəhbər şəxsləri kimi Borrel də üzv ölkələrə Avropa İttifaqının köləsi kimi baxmağa vərdiş edib. Analitik düşünür ki, onlara elə gəlir ki, üzv ölkələr yalnız Aİ-nin direktivləri əsasında hərəkət edə, xarici siyasət yürüdə bilərlər:
"Bir sözlə, Aİ bürokratları üzv ölkələrin suveren hüquqlarını, onların müstəqil siyasət yürütmək təşəbbüslərini hər vasitə ilə məhdudlaşdırmağa çalışırlar. Lakin Macarıstan Aİ-nin müstəqil siyasət yürüdən nadir üzvlərindən biri kimi tanınır. Baş nazir Viktor Orban ölkəsinin müstəqil siyasət yürütmək hüququnu hər vəchlə qorumağa çalışır. Ancaq Orbanın müstəqil mövqeyi Borreli həddindən artıq qıcıqlandırır. Xatırlayırsınızsa, Prezident İlham Əliyev də ötən ay TÜRKPA-nın parlament sədrləri ilə görüşü zamanı Macarıstan parlamentinin sədrinin müavini ilə söhbətində mühüm məqamı vurğulamışdı. Dövlət başçısı qeyd etmişdi ki, “bilirəm ki, Avropa İttifaqında siz böyük təzyiqlərə məruz qalırsınız. Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır”. Bəli, bu gün Aİ öz prinsiplərinin ziddinə gedərək Macarıstana qarşı sanksiyalar tətbiq edir".

Ə.Hüseynova görə, Avropa İttifaqı hətta Macarıstanın Aİ Şurasına yarımillik sədrliyini ləğv etmək imkanını da nəzərdən keçirir:
"Görünən budur ki, Türk dünyasının inteqrasiyası prosesinin getdikcə güclənməsi və Türk Dövlətləri Təşkilatı ölkələrinin “Qarabağ Bəyannaməsi”ni qəbul etməsi Borreli və Aİ-nin digər ermənipərəst bürokratlarını ciddi şəkildə narahat edir. Türk dünyasının dirçəlişi onları xoflandırır. Ona görə də Macarıstanı cəzalandırmaqla bütövlükdə türk birliyinə zərbə vurmağı, türk dövlətlərinin toparlanmasını əngəlləməyi düşünürlər. Lakin türkəfobiyanın əsas mərkəzinə çevrilən Avropa İttifaqı türk dövlətlərinin inkişafına və inteqrasiyasına mane ola bilməz. Borrel kimilərin boş-boş danışmaqları türk birliyinin qarşısını almaq gücündə deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual