Sui-qəsd cəhdi Trampın “əlini gücləndirəcək” - RƏY

"Tramp sui-qəsdi qlobalçılarla “dərin Amerikanın” ABŞ-ın, həm də dünyanın gələcəyi uğrunda mübarizəsinin açıq səhnəsi kimi görünür. Amma təşkilatçının hansı olduğunu demək çətindir, çünki hər iki tərəfin maraqları var".
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert hesab edir ki,  qlobalçılar (demokratlar) Trampın qaçılmaz dönüşünün qarşısını almaq istəyir. "Öncə Amerika” tərəfdarları “uğursuz sui-qəsd cəhdi” ilə Trampın önünü açırlar:
"Nəticə demokratların əleyhinədir. Bu sui-qəsd cəhdi seçki marafonunda Trampın “əlini gücləndirəcək”. Bu baxımdan, sui-qəsd səhnəsində ikincilərin – “dərin Amerika” adlandıra biləcəyimiz tərəfin maraqları daha qabarıq görünür".