Vardanyan: Prezidenti dəyişdi, "Zəngəzur mövqeyi" dəyişmədi...
Yusif Nəzərli
06:42 02.08.2024
Aktual
621
İran Zəngəzur dəhlizini beynəlxalq sərhədlərin və Ermənistanın ərazi bütövlüyünün pozulması kimi qəbul edir və müvafiq olaraq, belə bir “dəhlizin” İrəvanın maraqlarından çıxış etmədiyini bəyan edir.
Sherg.az Publika.az-a istinadla xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində iranşünas ekspert Janna Vardanyan İran tərəfinin Ermənistanın ərazi bütövlüyü və Zəngəzur dəhlizinin qəbuledilməzliyi ilə bağlı növbəti bəyanatını şərh edərkən deyib.
Bir müddət əvvəl Tehranda Nikol Paşinyanla görüşü zamanı Əli Xameneyi Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyini təsdiqləyib və bəyan edib ki, İran hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyinə inanır və buna qətiyyətlə yanaşır.
Görüşdən sonra baş nazirin mətbuat xidməti məlumat verib ki, həmsöhbətlər Ermənistan və İranın iki dövlətin və xalqın tərəqqisi naminə isti və dostluq münasibətlərinin inkişafına yönəlmiş addımlarını davam etdirəcəklərinə əminliklərini ifadə ediblər.
İranşünas ekspertin sözlərinə görə, yüksək rütbəli məmurların Ermənistan-İran görüşləri zamanı iki ölkənin yaydığı mesajlar həmişə fərqli olur. Ona görə də İran tərəfinin mesajının erməni tərəfinin mesajından fərqli olması Vardanyan üçün təəccüblü deyil.
İranın Zəngəzur dəhlizi məsələsinə münasibətinə gəlincə, ekspert Tehranın mövqeyinin 4 ildir dəyişməz qaldığını vurğulayır.
"İranın bu mövqedən çıxış etməsinin müxtəlif motivləri var. İndi İranın yeni prezidenti olduğu üçün Tehran bu mövqeyini bir daha təsdiqlədi. Bununla da onlar bir daha vurğulayırlar ki, prezidentin dəyişməsi bu mövqeyə heç bir şəkildə təsir göstərməyib. Bu, dövlət maraqlarına əsaslanan İranın bütün dövlət sisteminin mövqeyidir”, - Vardanyan əmindir.
Eyni zamanda, ekspert vurğulayır ki, İran indiyədək heç vaxt rəsmi şəkildə Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olduğunu bəyan etməyib. Bu cür müşahidələr yalnız ekspertlər səviyyəsində idi. İranın rəsmi açıqlamalarında Tehranın regionda beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğu bildirilib.
Vardanyanın sözlərinə görə, Xameneyinin bəyanatı İranın mövqeyinin davamlılığının təsdiqidir.
Əli Xameneyinin regiona xaricdən müdaxilə ilə bağlı açıqlamalarına gəlincə, ekspert əmindir ki, İranın mənəvi lideri ABŞ və Avropa ölkələrini nəzərdə tutur.
İranın ruhani lideri həmçinin vurğulayıb ki, təhlükəsizlik və sülhün təmin edilməsi məsələsində insanın öz gücünə və mehriban qonşuların dəstəyinə arxalanması lazımdır.
Yada salaq ki, İrəvan rəsmiləri dəfələrlə bəyan ediblər ki, nəqliyyat əlaqələrinin açılması məsələsində “dəhliz məntiqi” olmamalıdır və Ermənistan yalnız qarşılıqlı faydalı şərtlərlə nəqliyyat marşrutlarının açılması məsələlərini müzakirə etməyə hazırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region