Prezident Mirziyayevin təltif olunması mərasimində iştirak edib

Avqustun 9-da Astanada Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevə "Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı"nın təntənəli təqdim edilməsi mərasimi keçirilib.

Sherg.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.