Akif Əhmədgil hadisınin birinin qəsdən, bilərəkdən törədildiyinə əmindir
Parlament seçkilərində namizədliyi 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə təsdiqlənən tanınmış şair Akif Əhmədgil itlərin hücumuna məruz qalıb.
Bu haqda sosial şəbəkədə paylaşım edən namizəd yazıb: “Seçki marafonunda it saldırısına uğradım. Üstəlik nə az, nə çox iki dəfə. Allah üçüncüdən saxlasın.. Tovuz və Gədəby polisi araşdırma aparır. Təbii, ilkin araşdırmalara görə bu arzuolunmaz şəxslərin işidir. Namizədliyimi dəstəkləyən Vətəndaş Həmrəyliyi Partiyasının münasibətini bilmək maraqlıdır... Allah amanında”.
“Şərq” Akif Əhmədgillə əlaqə saxlayıb, vəziyyətlə maraqlanıb. A.Əhmədgil bildirdi ki, seçicilərlə görüş zamanı, həm Tovuzda, həm də Gədəbəydə it hücumuna məruz qalıb. Bu haqda polisə məlumat verib. İtlərin sahibləri polisə çağıralaraq izahat yazmaları tələb olunub. A.Əhmədgil it hücumundan birinin qəsdən, bilərəkdən törədildiyinə əmindir. İkinci hadisə isə, təsadüfi ola bilər, amma bu da araşdırılmalıdır.