Formula-1 və COP29-a görə iclas keçirildi

Bakıda keçiriləcək “Formula-1” və COP29-a hazırlıqlarla bağlı TƏBİB-də iclas keçirilib.

Axar.az xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə baş tutan geniştərkibli müşavirədə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa iclas iştirakçıları tabeli tibb müəssisələrində mövcud vəziyyət, əhaliyə göstərilən tibbi xidmətlərin həcmi və keyfiyyəti, tibbi sığorta, müəssisələrin maliyyələşdirilməsi və hüquqi məsələlərə dair geniş fikir mübadiləsi ediblər.