Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi son görüş və Ermənistan-Rusiya münasibətləri barədə fikirlərini bölüşüb.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
Baş nazir qeyd edib ki, Putinlə görüşdə verdiyi açıqlamalara əlavə edəcək bir şey yoxdur.
“Hazırda Ermənistan-Rusiya münasibətləri konstruktiv transformasiya mərhələsindədir, bu prosesi müsbət qiymətləndirirəm, dostca dialoq məntiqindən yayınmayacağıq. Hər halda, bu mərhələdə, dialoq imkanları geniş və açıq olduğu müddətcə işi davam etdirəcəyik”, - Paşinyan vurğulayıb.
Ermənistan rəhbəri əlavə edib: “Rusiyanın arxasında və ya Rusiyaya qarşı iş görməyəcəyik”.