Son xəbərlər: Ərdoğandan ABŞ-də bir-birinin ardınca mühüm təmaslar! 

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasındakı çıxışından əvvəl Türkevidə təmaslarını davam etdirib.  Ərdoğan Almaniya kansleri Olaf Şolzu qəbul edib. 
Prezident Ərdoğanın Şolz ilə görüşündə Türkiyə-Almaniya münasibətləri, Türkiyənin Aİ-yə üzvlük prosesinin canlandırılması, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan, xüsusən də viza məsələsinin ən qısa zamanda həlli üçün Almaniyadan dəstək gözlənildiyini qeyd etdi. 
 Prezident Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türkevidə İran prezidenti Məsud Pezeşkiyan ilə görüşdə ABŞ-dan danışıb, Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, İsrailin Fələstinə və Livana hücumları, regional və qlobal hadisələrin müzakirə edildiyi bildirilib. Ərdoğan Türkiyə ilə İran arasındakı tarixi və mədəni əlaqələrin hər zaman iki ölkə  münasibətlərinə müsbət təsir etdiyini bildirib. O,  İki ölkənin maraqları istiqamətində əməkdaşlıq imkanlarının yeni dövrdə qiymətləndiriləcəyini qeyd edib.