Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni imzalayan liderin həyat yoldaşlarına təşəkkür edib.
Sherg.az xəbər verir ki, Birinci xanım sosial media hesabında “WorldCommonHome” etiketi ilə paylaşımında bunları qeyd edib:
"Dünyamızın gələcəyi atdığımız hər addımda gizlənir. “Qlobal Sıfır Tullantı Bəyannaməsi”ni imzalayan və öz ölkələrində sıfır tullantı praktikasını genişləndirməyə söz verən Qvatemala Prezidentinin həyat yoldaşı Lucrecia Peinado, Bosniya və Herseqovinanın Prezident Şurasının sədrinin xanımı Mirela Becirovic, Kosova dövlət rəhbərinin xanımı Prindon Sadriuya təşəkkür edirəm. Digər hörmətli liderlərin həyat yoldaşlarının ümumi gələcəyimiz üçün göstərdiyi bu həssaslıq təkcə bu günümüzü deyil, həm də gələcəyimizi xilas edəcəkdir. "
Ərdoğan öz paylaşımında Qlobal Sıfır Tullantı Bəyannaməsi imzalanan xoşməramlı anların fotolarını da yerləşdirib.