Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ prezidenti Co Baydenin xanımı Cill Baydenə liderlərin həyat yoldaşlarını Nyu Yorkda bir araya gətirdiyi üçün təşəkkür edib.
Sherg.az xəbər verir ki, Birinci xanım Ərdoğan sosial media hesabındakı paylaşımında bunları qeyd edib: “Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyası çərçivəsində xanım Cill Baydenin ev sahibliyi ilə Nyu Yorkda liderlərin həyat yoldaşları ilə görüşdük. Bu görüşdə, xüsusən də ətraf mühit, mədəniyyət və təhsillə bağlı bir çox mövzu ətrafında səmimi və məhsuldar danışıqlar apardıq".
Birinci xanım Ərdoğan öz paylaşımında Cill Baydenə səmimi qonaqpərvərliyinə görə təşəkkür edib.