Prezident İlham Əliyev İspaniyanın Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

"Sherg.az" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".