Naxçıvanda bu ilin 9 ayı ərzində 1621 şəxsə əlillik təyin olunub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 1621 şəxsə əlillik təyin olunub.
Onlardan 1005 nəfərə ilkin, 616 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.