Sürücülərin nəzərinə: Bu yollarda təmir aparılır

Nəsimi rayonu, Alı Mustafayev küçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metrostansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

Bu barədə DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur”, – məlumatda vurğulanır.