Afrika ölkələrinin nümayəndələri Bakıda yeni müstəmləkəçilik təzahürlərini və onun qarşısının alınması üçün birgə tədbirləri, əməkdaşlıq layihələrinin həyata keçirilməsini, həmçinin metropoliyaların müstəmləkə siyasəti nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş ziyanı müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu məsələlər Bakı Təşəbbüs Qrupunun nümayəndələri ilə görüşdə müzakirə olunub.
Görüşdə Mali, Toqo, Cibuti, Nigeriya, Kenya, Konqo Demokratik Respublikası və Mavritaniyadan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər və hüquq müdafiəçiləri iştirak ediblər.