Bayden Ukraynanı NATO-ya dəvət etməkdən niyə imtina edib?
Yusif Nəzərli
19:04 24.11.2024
Dünya
638
"Bloomberg" mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası açıq şəkildə Ukraynaya NATO-ya üzv olmaq üçün rəsmi dəvət tələbini nəzərdən keçirib, lakin “qısa müddətdə uğur qazanma ehtimalının aşağı olması” səbəbindən bu ideyadan imtina edib.
Sherg.az xəbər verir ki, Agentliyin həmsöhbətlərinin fikrincə, Vaşinqton əvəzində Kiyevlə təhlükəsizlik təminatını nəzərdə tutan bir sıra ikitərəfli münasibətlərə başlayacaq. “Bloomberg” yazır ki, Baydenin məqsədi Kiyevə hərbi dəstəyini dəfələrlə tənqid edən və onu dayandıracağına söz verən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən əvvəl Ukraynanın güclənməsini maksimum dərəcədə artırmaqdır.
“Financial Times” mənbələrə istinadən yazıb ki, Bayden öz administrasiyasını daxili və xarici siyasətdə təşəbbüsləri həyata keçirmək üçün səylərini ikiqat artırmağa çağırıb. Xüsusilə, Ağ Ev Ukrayna üçün öldürücü silahlar üçün 7 milyard dollar ayrılmasını və tədarük edilən Amerika silahlarından istifadə tələblərinin əhəmiyyətli dərəcədə dəyişdirilməsini istəyir.
Bu yaxınlarda ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Qərbin uzaqmənzilli silahlarından istifadə etməyə icazə verdi, piyada əleyhinə minaların köçürülməsini təsdiq etdi, təxminən 5 milyard dollar borcunu sildi və Rusiyanın maliyyə sektoruna sanksiyalar tətbiq etdi.
Moskva Qərbin Kiyevə istənilən yardımını pisləyir və hesab edir ki, bu, yalnız münaqişəni uzadır və onun nəticəsini dəyişməyəcək. Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmaq istəyini hərbi əməliyyata başlamasının səbəblərindən biri adlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya