Gürcüstanın paytaxtı Tbilisidə hökumətin Avropa İttifaqına inteqrasiya ilə bağlı qərarına qarşı keçirilən etiraz aksiyası zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.
“Qafqazino” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib.
“Etirazçılar tərəfindən polisə qarşı amansız zorakılıq olub, onlar molotov kokteyli və pirotexniki vasitələrdən istifadə ediblər”, - deyə siyasətçi vurğulayıb.
O, 30 polisin cərrahi müdaxiləyə ehtiyacı olduğuna bildirib.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlayıb.