Rusiya qüvvələri dekabrın 6-da Dnepropetrovsk vilayətində Krivi Roqa hücum edib.
Sherg.az Kyivindependent-ə istinadən bildirir ki, nəticədə azı bir nəfər ölüb, altı yaşlı uşaq da daxil olmaqla 8 nəfər yaralanıb.
Yerli vaxtla saat 17:00 radələrində endirilən zərbə inzibati binanı hədəf alıb.
Xilasedicilər qəzalı binaya baxış keçirirlər. Qubernator Sergey Lısak bildirib ki, ölənlərin sayının artması istisna edilmir.
Qeyd edək ki, Prezident Vladimir Zelenskinin doğulduğu Krivi Roq Rusiyanın tez-tez raket hücumlarının hədəfinə çevrilir. Təxminən 660,000 əhalisi olan, cəbhə zonasından 70 kilometr məsafədə yerləşən şəhər Dnepropetrovsk vilayətinin ikinci ən böyük şəhəridir.