ABŞ bu şərtlərlə Suriya hökumətini tanıyacaq - Blinken

ABŞ administrasiyası Suriyanın yeni hökuməti inklüzivlik əsasında və kənar müdaxilə olmadan yaradılarsa, onu tanımağa və dəstəkləməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Bütün ölkələr inklüziv və şəffaf prosesi dəstəkləməyə və müdaxilədən çəkinməyə söz verməlidir", - deyə o bildirib.

O qeyd edib ki, bu proses nəticəsində yaradılacaq gələcək Suriya hökumətini ABŞ tanıyacaq və tam dəstəkləyəcək.

O əlavə edib ki, “keçid dövrü beynəlxalq şəffaflıq və hesabatlılıq standartlarına cavab verən etibarlı, əhatəli və dünyəvi idarəçiliyə gətirib çıxarmalıdır”.