Ukrayna yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır.
Teleqraf.com Ukraynanın “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bunu Berlində Almaniya-Ukrayna biznes forumu zamanı energetika naziri German Qaluşenko deyib.
“Mövqemiz tamamilə açıqdır: biz yanvarın 1-dən sıfır tranzitə hazırlaşırıq. Uzun müddətdir ki, bununla məşğul oluruq”, - nazir bildirib.
Qaluşenko əlavə edib ki, məhz bu il Ukrayna qaz sistemi üçün sıfır tranzitlə necə işləyəcəyini müəyyən etmək üçün bir neçə test keçirilib.