Təyyarə qəzası ilə bağlı dövlət nümayəndələri müşavirə keçirib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, xüsusi dövlət qurumlarının rəhbərləri, nümayəndələri müşavirə keçirib.
Bunu AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov deyib.
O bildirib ki, ölən və yaralananların siyahısı açıqlanacaq: “Tapşırığa əsasən, xüsusi istintaq qrupu yaradılıb və Baş Prokurorun müavini artıq Qazaxıstandadır. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar təyyarə vasitəsilə Qazaxıstana göndərilib”.

Fərid Hüseynov vurğulayıb ki, hadisənin araşdırılmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.