
Azərbaycana qarşı planlaşdırılan təxribatlar cavabsız qala bilməz - RƏY
Yusif Nəzərli
11:37 30.12.2024
Gündəm
613
"Təyyarənin vurulması Azərbaycan cəmiyyətində böyük sarsıntıya səbəb oldu".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəmməliyev deyib.

Deputat bildirib ki, hər kəs başa düşürdü ki, təyyarə qəsdən vurulmayıb. Çünki Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olması, düşmənçilik üçün heç bir zəmin yaratmayıb:
"Bu baxımdan, Azərbaycan xalqının Rusiyadan gözlənti və tələbləri təbiidir. Hadisənin baş vermə səbəblərinin gizlədilməsinə cəhdlər, Qroznıya və ətraf şəhərlərin hava limanlarına qəza enişinə icazə verilməməsi, Xəzər dənizi istiqamətinə yönləndirilməsi, naviqasiya sistemlərinin radioelektronik dalğalarla söndürülməsi Azərbaycan cəmiyyətində gərginlik, yaratmışdı. Üzürxahlığın gecikdirilməsi, qonşu ölkənin bəzi dövlət orqanlarının yanlış şərhləri isə, dövlətlərarası münasibətlərdə soyuqluğa səbəb olmuşdu. Üç gündən sonra Vladimir Putinin cənab Prezidentə telefon açaraq üzürxahlığını bildirməsi, gərginliyi kəskin şəkildə azaltdı. AZTV-yə müsahibəsində dövlət başçısı ictimaiyyəti narahat edən bütün məsələlərə aydınlıq gətirdi. Bir daha Azərbaycan Dövlətinin prinsipial mövqeyini səsləndirdi. Cinayəti törədənlər cəzalandırılmalı, dünyasını dəyişənlərə, xəsarət alanlara və AZAL-a kompensasiya ödənilməlidir".
Parlament üzvü vurğulayıb ki, dünyada belə hadisələr vaxtaşırı baş verir və günahkar dövlətlər beynəlxalq normalara uyğun olaraq üzürxahlıq bildirir:
"İndiyə qədər Rusiyanın hansısa ölkədən üzr istəməsini eşitməmişəm. Rusiya dövlət başçısının üzürxahlığı, Prezident İlham Əliyevin şəxsi nüfuzunun, prinsipiallığının, dövlət və milli maraqların müdafiəsi üçün istənilən risklərə getdiyinin, soyuqqanlı şəkildə apardığı diplomatiyanın nəticəsidir. Xalq, öz Prezidenti ilə fəxr edir. Hesab edirəm ki, dövlət başçımızın publik şəkildə verdiyi mesajlar ünvanlarına çatıb. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər kəs başa düşdü ki, Azərbaycana qarşı planlaşdırılan təxribatlar, yaxud səhvən törədilən cinayətlər cavabsız qala bilməz. Cinayətkarlar cəzalarına çatacacaq, kompensasiya ödəniləcək. Yeri gəlmişkən, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılmasında, sağ qalanların xilas olunmasında göstərdiyi diqqət və qayğıya görə qardaş Qazax xalqına, Qazaxıstan dövlət orqanlarınına dərin təşəkkürlərimi bildirirəm. Qazax qardaşlarımız, çoxlarına nümunə ola biləcək, ən yüksək insani keyfiyyətlər nümayiş etdirdilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual