Danimarkanın Baş naziri: Qrenlandiya qrenlandiyalılara məxsusdur

Qrenlandiya qrenlandiyalılara məxsusdur.

APA xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen TV 2 telekanalına deyib

Baş nazir Qrenlandiyanın gələcəyini onun sakinləri həll etməli olduğunu bildirib: "Qrenlandiya qrenlandiyalılara aiddir, satılmır".

Qeyd edək ki, Donald Trampın oğlu Kiçik Donald Tramp atasının ABŞ-yə adaya nəzarəti ələ almasını təklif etməsindən bir neçə həftə sonra Qrenlandiyaya səfər edib.