
Gürcüstan hökuməti "oğru aləmi"nin qarşısını almaq istəmir -ŞƏRH
11:36 07.02.2025
Dünya
502
Mixeil Saakaşvili "oğru aləmi"nə qarşı çox ciddi və qəddar mübarizə aparırdı
Gürcüstanın müasir tarixində, xüsusən Mixeil Saakaşvilinin prezidentliyi dövründə, "oğru aləmi" və onun cəmiyyətə təsiri əsas müzakirə mövzularından biri olub. "Oğru aləmi" adı altındakı kriminal strukturlar, post-Sovet ölkələrinin siyasi və sosial həyatına dərindən təsir edib.
Saakaşvili hakimiyyəti illərində, bu strukturların Gürcüstandakı ictimai və siyasi sabitliyə zərər verən güclər olduğunu düşünərək, onlara qarşı ciddi və sərt mübarizəyə başladı. Lakin, onun hakimiyyətindən sonra, "oğru aləmi"nin təsiri yenidən gücləndi. Dövlətin bəzi hissələrində korrupsiya və kriminal fəaliyyətlər baş qaldırdı. Bu dəyişikliklər, həm daxili, həm də beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb oldu, Gürcüstanın gələcək siyasi kursunu və idarəetmə strukturlarını sual altında qoydu.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında "oğru aləmi"ndən, onun Saakaşvili dövründəki rolundan və sonrakı mərhələdə inkişafından söhbət açıb:

"Mixeil Saakaşvili "oğru aləmi"nə qarşı çox ciddi və qəddar mübarizə aparırdı. Çünki o, bu aləmi Sovet İttifaqının və keçmiş KQB-nin postsovet ölkələrinə eləcə də Rusiyaya daxili, ictimai nəzarət ünsürlərindən biri hesab edirdi. O, düşünürdü ki, bu, ünsür vasitəsi ilə Rusiya və onun kəşfiyyat xidmətləri Gürcüstana və digər MDB ölkələrinə nəzarət edirlər. Təsadüfü deyil ki, məhz "oğru aləmi"ndə millətçilik və digər ünsürlər yoxdur. Post sovet ölkələrində olan oğrular bir ailənin üzvü sayılırlar. Bu məsələlərə qarşı çox ciddi mübarizə aparılır.
"Oğru aləmi"ndə Gürcüstan xüsusi yer tutur. Oğruların böyük əksəriyyəti də Gürcüstan əsillidir. Rusiya təsirinə görə Gürcüstan siyasətində ictimaiyyətin onlara qarşı təsirini azaltmaq üçün çox qəddar üsullara əl atırdılar. Bu üsulların videoları qəsdən sosial şəbəkələrdə yayılırdı. Həmin dövrdə onları qorxutmaq üçün Saakaşvili "oğru aləmi" nümayəndələrinə konkret vaxt qoymuşdu ki, ölkəni tərk etsinlər. Bütün bunlar sözügedən aləmi Gürcüstandan didərgin saldı. Ancaq Saakaşvilinin getməsi ilə onların xeyli hissəsi, polis işçiləri, keçmiş hüquq mühafizə işçiləri hansılar ki, daha əvvəllər rüşvətxorluqla və oğru aləmindəki müəyyən əməllərə görə uzaqlaşdırılmışdılar geri qayıtdılar. Eyni zamanda xaricdəki "oğru aləmi" nümayəndələri də yenidən Gürcüstana qayıtmağa çalışdılar. Bu da yenidən onların sosial, iqtisadi, siyasi dayaqlarının güclənməsinə səbəb oldu".
Politoloq "oğru aləmi"ndəki bəzi qrupların əlində kifayət qədər vəsaitin olduğuna da diqqət çəkib:
"Bu aləmdəki bir çox qruplaşmaların özlərinə məxsus bankları da var. Siyasi qruplaşmalar öz siyasi mübarizələrindən də istifadə edirlər. Hətta sonuncu müxalifət etirazlarına qarşı "oğru aləmi"nin nümayəndələrindən etirazçıları döymək və işgəncə vermək üçün siyasi güc kimi istifadə olundu.
Bu məsələ Gürcüstanda çox müzakirə olunacaq. Xaricdən bununla bağlı Gürcüstana xüsusi tənqidlər yönəldiləcək. Daxildə də əhalidə kifayət qədər narazılıqlar yüksəlib. Eyni zamanda polisdə də yenidən korrupsiya və müəyyən rüşvətxorluğun baş qaldırması, "oğru aləmi"nə qarşı mübarizənin azalması bir sıra vətəndaşların, bizneslərin məcbur olub bu aləmə hansısa vergi, reket haqqı ödəməklərinə gətirib çıxarır".
Ekspert Gürcüstan hökumətinin "oğru aləmi"nin qarşısını almaq istəmədiyini bildirib:
"Bu faktordan Saakaşviliyə qarşı istifadə edəcəklər. Çünki hökumət bu yaxınlarda elan etdi ki, onlar Gürcüstanda "Nürnberq məhkəməsi" başladacaqlar. 2008-ci ilə qədər Gürcüstanda işgəncə verilmiş, qanunsuz əməllər törədilmiş, qətlə yetirilmiş insanlarla bağlı müxalifətin və regionun etirazlarını yatırtmaq üçün cinayət işi açılacaq. Hədə kimi repressiyaya başlaya biləcəklərini göstərmək üçün bu cür açıqlamadan istifdə etdilər. Dolayı yolla hökumət bu məsələdə qanun pozuntuları və qəddarlıqla oğru aləminin sındırılmasını yox, tam əksinə onların hüquqlarını müdafiə edib, onlara qarşı bu əməlləri qanunsuz olsa belə həyata keçirən hakimiyyətə qarşı şantaj kimi istifadə etmək istəyir".
Turab Rzayev sonda Gürcüstan hakimiyyətinin "oğru aləmi"ni tamamilə aradan qaldırmağa çalışan Saakaşvili hakimiyyəti və onun davamçıları ilə deyil, daha çox bu aləmin özü ilə əməkdaşlıq etməyə meyilli olduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual