
Normal vəziyyətdə heç bir it öz sahibinə hücum etmir və xəsarət yetirmir -AÇIQLAMA
Yusif Nəzərli
11:50 13.03.2025
Cəmiyyət
573
Goranboyda it öz sahibini parçalayıb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Baxcakürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 64 yaşlı xanım (A.K) həyətində saxladıqları it tərəfindən hücuma məruz qalıb.
O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Xanımın Bakıda yerləşən tibb müəssisələrindən birinə köçürüləcəyi gözlənilir.
GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti, Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov "Sherg.az"a bildirib ki, tez-tez it sahibini parçalayıb kimi məqalələrlə rastlaşırıq:

“Təəssüf edirəm ki, bəzi media orqanları oxuyucu cəlb etmək üçün belə başlıqlar verirlər. Məqalənin özündə də heç bir məlumat olmur. İtin sahibini necə və niyə parçaladığını da araşdırmaq lazımdır ki, cəmiyyətdə heyvanlara qarşı qorxu, aqressiya yaranmasın. Biz belə halları araşdırdıqda rastlaşırıq ki, iti küçəyə buraxıblar və həmin it xəstəlik tutub. Ümumiyyətlə xəstəlik dövründə heyvanlar aqressiv olur. Bir çox hallarda isə insanlar itlərlə qeyri-normal, qeyri-professional davranırlar. Biz istəyirik ki, bu halların detalları araşdırılsın. Yaşadığım böyük evdə 70 dən çox it var. Onların bir neçəsi hazırda mənim yanımda, evin içindədir. 10 ildir heyvanların xilası ilə məşğulam və saysız-hesabsız ilkin yardımlar etmişəm. Normalda heç bir it öz sahibinə hücum etmir, xəsarət yetirmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı