
AİB sədri: Kərə yağı sektorunda böyük problem yaşanır
10:00 14.03.2025
Cəmiyyət
490
Kərə yağı adı ilə satılan daha üç yağın tərkibində bitki yağı aşkarlanıb.
Sherg.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib.
Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, kərə yağı sektorunda böyük problem yaşanır:

“Altı il öncə Yeni Zellandiyada konfransa səfər edən zaman Azərbaycana kərə yağı göndərən zavodda oldum. “West Gold” kərə yağının Azərbaycan dilində markalanmasına və orada istehsal olunmasına fikir verdim. Fermer təsərrüfatına getdim, baxış keçirdim. Orada heyvanlar il boyu açıq havada otlayırlar, təbii yem ilə qidalanırlar və ona görə də Azərbaycana ucuz yağ gəlir. Həmin yağın ekoloji, təmiz yağ olduğunu gördüm. Azərbaycana, eləcə də Fransadan, Almaniyadan və digər ölkələrdən də yağlar idxal olunur. Lakin Azərbaycan bazarında xeyli çirklənmələr mövcuddur. Qarışıq yağların kərə yağı adı altında satılma halları var. Ən pisi, ən təhlükəlisi isə ara marketlərdə, bazarlarda satılan nənəmin nehrəsi, nənəmin yağlardır. Yəni kərə yağı ilə əlaqəsi olmayan yağlardır. İstehlakçılar dükana girəndə yağları sıxsınlar və hansı yağlar daha bərk olursa, onun kərə yağı olduğunu bilib alsınlar. Üzərində inək şəkillərinin olmasına, natural əmas yazılmasına aldanmasınlar. Kərə yağını kəsəndə qırılır və tökülür, yəni səlis kəsilmir. Bu da kərə yağının göstəricilərindən biridir. Kərə yağının spesifik qoxusu var. Bir sözlə, kərə yağının etiketini diqqətlə oxusunlar. Spred yağ varsa, deməli o qarışıq yağdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı