Paşinyan: Bakı ilə sülh üçün üçüncü tərəflərin zəmanətinə ehtiyacı yoxdur

Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaq üçün üçüncü tərəflərin zəmanətinə ehtiyacı yoxdur.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“2022-ci ilin sentyabr hadisəsindən sonra (Ermənistan-Azərbaycan sərhədində toqquşmalar – red.) zəmanətçilər institutuna hələ də ciddi yanaşmalıyıq? Ermənistanın təhlükəsizliyinin bir qarantı var - regionda qonşular arasında xarici yardım olmadan, xarici müdaxilə olmadan yaşaya bilən Ermənistanın özüdür”, - Paşinyan bildirib.